AZ

MN-in Mərkəzi Tibbi Arxivinin sabiq rəisi: "Dünyanı alt-üst edən sensasiyalı ifadə verəcəm”

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində tanınan Müdafiə Nazirliyinin nümayəndəsinin dəyişdirildiyi məlum olub.

Hakim elan edib ki, nazirliyin yeni nümayəndəsi Musa Fərzəliyevdir. Bundan əvvəl isə məhkəmədə nazirliyi Təbriz Akvayev təmsil edirdi.

Tərəflər nümayəndənin dəyişdirilməsinə etiraz etməsələr də, təqsirləndirilən Ruhin Tağıyev vəsatətlə çıxış edib. O bildirib ki, nazirliyini bundan əvvəlki nümayəndəsi Təbriz Akvayev bütün araşdırmalarda iştirak edib: "Təbriz müəllim işin hallarını yaxşı bilir. Buna görə də nümayəndənin dəyişdirilməsinə etiraz edirəm. Təbriz müəllimin gələcəkdə işə dəvət olunmasını istəyirəm".

Prosesə sədrlik edən hakim isə diqqətə çatdırıb ki, məhkəməyə hansı nümayəndəni göndərmək Müdafiə Nazirliyinin öz hüququdur, amma əvvəlki nümayəndənin məhkəməyə dəvət olunması barədə vəsatət verilərsə, məsələyə baxıla bilər.

Seçilən
82
publika.az

1Mənbələr