AZ

Vətəndaş öz pensiyasından imtina etsə, nə baş verir? – VACİB AÇIQLAMA

Azərbaycanda vətəndaşların pensiya hüququndan könüllü şəkildə imtina edib-etməməsi və bunun mümkün olub-olmaması tez-tez müzakirəyə çıxarılan məsələlərdəndir.

Xüsusilə, bəzi şəxslər işlədikləri vəzifədə müəyyən məhdudiyyətlərlə üzləşməmək üçün pensiyaya çıxmaq istəmədiklərini bildirirlər. Bəs qanunvericilik buna imkan verirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev bildirib ki,, Azərbaycan qanunvericiliyində pensiya hüququndan imtina anlayışı nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya hüququ şəxsin fərdi sosial sığorta hesabında toplanan məlumatlara uyğun olaraq formalaşır və bu proses praktiki olaraq avtomatlaşdırılmış qaydada həyata keçirilir:

“Azərbaycanda pensiya hüququ faktiki fəaliyyət nəticəsində yaranır. Şəxsin fərdi sosial sığorta uçotu əsasında pensiya təyinatı aparılır. Müəyyən yaş həddinə çatdıqda vətəndaşa bununla bağlı mobil telefonuna bildiriş də göndərilir.

Şəxs müraciət etsə belə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyadan imtina qərarı verilmir. Pensiya hesablanır, vəsait vətəndaşın hesabına köçürülür və orada yığılmağa davam edir”.

Ekspert vurğulayıb ki, pensiya hüququ sosial təminat hüququ olduğuna görə dövlət tərəfindən təmin edilir və bu hüququn könüllü şəkildə ləğvi qanunvericilikdə nəzərdə tutulmur.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
87
1
konkret.az

2Mənbələr