AZ

"Əsas mənim necə oynamağım yox, qələbədir" - PSJ-nin xilaskarı

PSJ-nin vingeri Dezire Due UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən səfərdə "Monako" üzərində geridönüşlə qazandıqları qələbəni (3:2) şərh edib.

Fanat.Az xəbər verir ki, matçın ilk 18 dəqiqəsində qapısında 2 qol görən, lakin yekunda sevinən tərəf olan Paris komandasının heyətində dublla yadda qalan futbolçusunun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Əsas mənim necə oynamağım yox, qələbədir. Öz işimizi gördük və buna görə çox şadıq. Mənim missiyam komandama kömək etməkdir. Növbəti qarşılaşma bütün hallarda çətin olacaq. Hazır olmalıyıq". 

Xatırladaq ki, matçın 48-ci dəqiqəsində "Monako"nun futbolçusu Aleksandr Qolovin qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Tərəflərin cavab görüşü fevralın 25-də, Parisdəki "Park de Prens" stadionunda reallaşacaq.

Nihat

Seçilən
10
1
fanat.az

2Mənbələr