AZ

Rusiya nümayəndə heyətinin rəhbəri Cenevrədə Ukrayna ilə bağlı danışıqların başa çatdığını bildirib

Moskva, 18 fevral, AZƏRTAC

Cenevrədə keçirilən Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar başa çatıb və tərəflər dialoqu davam etdirmək niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, Rusiya nümayəndə heyətinin rəhbəri, RF Prezidentinin köməkçisi Vladimir Medinski bu barədə jurnalistlərə məlumat verib. O, məsləhətləşmələri “çətin, lakin işgüzar” adlandırıb.

Medinski qeyd edib ki, müzakirələrin iştirakçıları münaqişənin həlli ilə bağlı geniş məsələləri müzakirə ediblər və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.

O, həmçinin Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti görüşün yaxın gələcəkdə keçiriləcəyini, lakin konkret tarix və yerin hələ müəyyən edilmədiyini açıqlayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
39
azertag.az

1Mənbələr