AZ

Hamiləlikdə bu əlamətlər sağlamlığınız üçün təhlükəli ola bilər! – Səhiyyə Nazirliyi xəbərdarlıq edir

Bakı. Trend:

Əgər hamiləliyin ilk dönəmidirsə, yəni 12-13 həftəyədək (3aylıq) hamilə qadında ürəkbunlanma, iştahsızlıq, bəzən qusma, başfırlanması, ümumi zəiflik olursa, bu normal sayılır və yüngültoksikoz kimi qiymətləndirilir. Amma bayılma olarsa, (huşunitməsi), günərzində 5-8 dəfə və daha çox qusma olarsa və qadın adisuyu belə içə birmirsə, o zaman bu hamiləlik toksikozunun ağırformasıdır.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti Nigar Axundova açıqlayıb.

Onun sözlərinə görə bu zaman hamilə qadın mütləq stasionardamüalicə almalı, çünki bu ağır maddələr mübadiləsi pozulmalarınagətirə bilər:

“Əgər hamilə qadın çox çəki alarsa (ayda 3 kilodan artıq),şirniyyata meyillidirsə, yemək çox yeyir, suyu çox içərsə, bu bəzihallarda “hestasion diabet” (hamiləlik diabeti) kimi, ağırlaşmayagətirə bilər. Hamiləliyin 3-cü dönəmində arterial təzyiqin artması,baş ağrısı, halsızlıq, bədəndə şişkinlik, sidiyin miqdarınınazalması, mədə nahiyəsində ağrı və yanma hissi, dəridə qaşınma vəs. kimi şikayyəti varsa bu hamiləliyin gec toksikozu -preeklampsiyanın əlamətləri ola bilər. Belə olan halda stasionar vəya ambulator müalicə üçün təcili müraciət edilməlidir. Həmçinin, bukimi hallar vaxtından əvvəl doğuşa səbəb ola bilər. Hamiləlikdönəmində ayaqlarda və əllərdə şişkinlik və keyimə də ola bilər.Belə hallar artıqca qan laxtalanması həkim tərəfindənyoxlanılmalıdır. Məsləhətim budur ki, hər bir narahatlıqda həkimtövsiyəsi vacibdir, nəinki qohum-qonşunun məsləhəti”.

Mütəxəssis-ekspert qeyd edib ki, hamiləliyin hansısa müddətiolanda ümumi halsızlıq, üşütmə, iştahsızlıq, yuxululuq, dölün çoxhərəkət etməsi varsa, bu anemiya (qan azlığı) əlamətləri ola bilər.Belə hallarda qadının və dölün səhhətində patoloji hallar inkişafedə bilər. Bundan əziyyət çəkən hamilələr vaxtından əvvəl doğuş,azçəkili uşaq, ciftin ayırılması və qanaxma kimi fəsadlara məruzqala bilər. Ona görə də hamilə qadın hər ay qanın ümumu analiziniverməli, qan azlığı olan hallarda isə qanda dəmir və ferritin dəyoxlanılmalıdır (həkim göstərişləri ilə), əlavə olaraq hematoloquntövsiyələri vacib ola bilər”.

N.Axundova sonda bildirib ki, bir başqa patoloji hal -qalxanvari vəzin patologiyaları və hamiləlikdir:

“Biz, həkimlər TSH hormonun hamiləliyin I-ci dönəmində yoxlamağıtövsiyə edirik. Əgər qadında bir patoloji durum yoxdursa,endokrinoloq tərəfindən korreksiyaya da ehtiyac olmur. Lakin bəzihallarda qadınlar bu patoloji haldan xəbərsiz olur və autoimmuntireoidit (Xaşimoto xəstəliyi), hipotireoz (tireoid hormonçatmazlığı) və hipertireoz (tireoid hormonunun artması) kimihallarda endokrinoloq tərəfindən korreksiya olunmalıdır”.

Seçilən
41
4
az.trend.az

5Mənbələr