AZ

Daşkəsən rayonunun Kəmərqaya kəndində Qərbi azərbaycanlılarla görüş keçirilib

Daşkəsən rayonunun Kəmərqaya kəndində Qərbi azərbaycanlılarla görüş keçirilib.

Görüş Daşkəsən Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyi və Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə RİH-nin məsul əməkdaşı Elmar Əliyev, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəsi Malik Ələsgərov, YAP Daşkəsən rayon təşkilatının məsləhətçisi Sərdar Xıdırov, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev və icma üzvləri iştirak ediblər.

Görüşdə Qərbi azərbaycanlıların qayıdış hüququnun təşviqi və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi və doğma torpaqlara qayıdış məsələsinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti vurğulanıb.

Sonra Qərbi Azərbaycan xronikasını əks etdirən videomateriallar nümayiş olunub.

Görüş birlik və həmrəylik ovqatında yekunlaşıb.

Seçilən
54
1
yeniazerbaycan.com

2Mənbələr