AZ

Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Zelenski özünün Telegram hesabında məlumat verib.

Prezident yazıb: “Bu gün Ukrayna Aleksandr Lukaşenkoya qarşı bir sıra sanksiyalar tətbiq edib və biz əks tədbirlərimizi əhəmiyyətli dərəcədə gücləndirəcəyik.”

Zelenski əlavə edib ki, Lukaşenko “Belarusun suverenliyini şəxsi hakimiyyətinin davam etməsi müqabilində dəyişdirir” və bununla Rusiyanın Rusiya-Ukrayna münaqişəsində iştirakını artıraraq sanksiyalardan yayınmasına kömək edir.

Ukrayna lideri bildirib ki, bu tədbirlərin “xüsusi nəticələri olacaq”.

Seçilən
68
veteninfo.az

1Mənbələr