AZ

İslam Səfərli küçəsində obyekt sahibi qanunu pozur; qurumlardan reaksiya yoxdur FOTOSESSİYA

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Memar Elçin Əliyev paytaxtın mərkəzində yerləşən tarixi binalarla bağlı narahatlığını ifadə edib. O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə dövlət tərəfindən qorunan memarlıq abidələrinin xarici görünüşündə aparılan dəyişiklikləri tənqid edib.

Avtosfer.az xəbər verir ki, memarın sözlərinə görə, xüsusilə yaxın vaxtlarda piyadalaşdırılması planlaşdırılan İslam Səfərli küçəsində yerləşən bəzi tarixi binaların zirzəmilərinə əvvəllər açılmış girişlərin leqallaşdırılması və yeni qapı-pəncərə açılışlarının aparılması halları müşahidə olunur.

Elçin Əliyev bildirib ki, söhbət adi tikililərdən deyil, dövlət tərəfindən qorunan və Mədəniyyət Nazirliyinin nəzarətində olan memarlıq abidələrindən gedir. Onun fikrincə, bu cür müdaxilələr tarixi irsin orijinal memarlıq simasını pozur və şəhərin estetik görünüşünə mənfi təsir göstərir.

Memar paylaşımında ironik üslubdan istifadə edərək, bu dəyişikliklərin “açıq qapı günü”nə bənzədiyini qeyd edib və tarixi abidələrin qorunmasına məsul olan qurumların məsələyə daha həssas yanaşmalı olduğunu vurğulayıb. O hesab edir ki, memarlıq irsinin mühafizəsi yalnız formal statusla məhdudlaşmamalı, real nəzarət və prinsipial mövqe ilə müşayiət olunmalıdır.

Qeyd edək ki, paytaxtda tarixi binaların fasadında və konstruksiyasında aparılan dəyişikliklər son dövrlər ictimaiyyət arasında geniş müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan açıqlama verildiyi zaman xəbər yenilənəcək.

Eltac Zülfüqaroğlu

Oxunub 146

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
avtosfer.az

1Mənbələr