“Ramazan ayının yaxınlaşması ilə Azərbaycanda iftar süfrələrinin əsas məhsullarından sayılan xurmaya tələbatın artacağı gözlənilir. Bu isə bazarda qiymətlərə də təsirsiz ötüşməyə bilər”.
Bu fikirkləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasın da səsləndirib.

“Ramazan ərəfəsində demək olar ki, hər il ərzaq məhsullarının qiymətində artım müşahidə olunur.
Xüsusilə, bayram süfrəsində xüsusi yer tutan məhsulların qiymətində bahalaşma daha qabarıq hiss edilir və bu məhsullar arasında xurma ön sıradadır”.
Ekspert qeyd edib ki, ərəb ölkələrində və qardaş Türkiyədə hər il Ramazan ayı başlayarkən xurmanın qiyməti adətən 20–25 faiz, bəzi hallarda isə 30 faizə qədər artır. Bu artım əsasən tələbatın yüksəlməsi ilə bağlıdır.
“Oxşar proses bu il Azərbaycanda da təkrarlana bilər. Bayram ərəfəsində keyfiyyət göstəriciləri yüksək olan xurmaların qiymətində təxminən 10–15 faiz artım gözlənilir.
Qiymət artımı fonunda alıcılar daha münasib qiymətli məhsullara üstünlük verəcək. Nəticədə ucuz xurmaların qiyməti də bahalı məhsulların satış qiymətinə yaxınlaşacaq. Bəzi hallarda bu kateqoriyada bahalaşma 20 faizə qədər ola bilər”.
Aynurə İsmayıl
KONKRET.az