AZ

Azərbaycan vətəndaşı Moskvada hava limanında saxlanıldı


Azərbaycan vətəndaşı Moskvanın Vnukovo hava limanında saxlanılıb.
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, o, Dubaydan Moskvaya 18,5 milyon rubl dəyərində beş ədəd üzük gətirdiyinə görə saxlanılıb.
Xidmətin məlumatına görə, bəyan edilməmiş mallar 33 yaşlı Azərbaycan vətəndaşının baqajında ​​aşkar edilib.
Üzüklər müayinə üçün göndərilib. Müayinə zamanı üzüklərin brilyantlar daşlarla bəzədilimiş 750 və 950 karatlıq qızıl və platin ərintilərindən hazırlandığı məlum olub.
Gömrük əməkdaşları zinət əşyalarını müsadirə ediblər.
Xidmət Azərbaycan vətəndaşını qaçaqmalçılıqda ittiham edib və ona qarşı cinayət işi açılıb.
Seçilən
73
yeniavaz.com

1Mənbələr