Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İstanbul, 18 fevral, Günel Karatepe, AZƏRTAC
NATO-nun “Steadfast Dart-2026” təlimləri zamanı TCG ANADOLU gəmisində yerləşdirilmiş “Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) sərt şaxta, güclü qar yağışı və şiddətli küləklərə baxmayaraq, Baltik dənizi üzərində uçuş nümayişini uğurla başa vurub. Təlimlərin bu mərhələsində çətin hava şəraitində uça bilən yeganə hava aparatı kimi “Bayraktar TB3” müttəfiq ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Bu barədə AZƏRTAC-a Türkiyənin “Baykar” şirkətindən bildirilib.
Məlumatda qeyd edilib ki, Türkiyənin müdafiə sənayesi Baltik dənizinin ən çətin şəraitində dəniz aviasiyası sahəsində qazandığı etibarlılıq səviyyəsinin nümayişini davam etdirir. NATO-nun ən iri təlimlərindən biri olan “Steadfast Dart 2026”nın son mərhələsində “Bayraktar TB3” mənfi 5 dərəcəyə enən temperatur, güclü qar yağışı və sərt küləklər şəraitində uçuş nümayişi həyata keçirib. Sərt qış şəraitinə baxmayaraq, “Bayraktar TB3” TCG ANADOLU gəmisinin qısa uçuş-enmə zolağından avtonom şəkildə havaya qalxaraq öz aviasiya imkanlarını nümayiş etdirib. Dəniz üzərində güclü küləklərin yaratdığı turbulent şəraitdə belə stabil uçuş xüsusiyyətlərini qoruyub saxlayan PUA uçuş tapşırığını uğurla yerinə yetirib və uçuş-enmə zolağına avtonom şəkildə enib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.