AZ

Nazirlik rəsmisi: “Rotterdam Konvensiyası”na üzv ölkələr təhlükəli kimyəvi maddələr barədə dolğun məlumat mübadiləsi aparır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 fevral, Günel Türksoy, AZƏRTAC

“Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası” Azərbaycana münasibətdə qüvvəyə minib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Aysel Rzayeva AZƏRTAC-a bildirib ki,

“Rotterdam Konvensiyası” üzv ölkələr arasında zərərli kimyəvi maddələrin və pestisidlərin ticarəti zamanı onların potensial təhlükələri, təhlükəsiz istismarı və istifadəsi barədə məlumatlı olaraq qərar qəbul etməsinə kömək edən, məsuliyyət və əməkdaşlığı tənzimləyən çoxtərəfli müqavilədir. “Dünyada kimyəvi maddələrin və pestisidlərin istehsalı və ticarətinin inkişafı, eləcə də onların düzgün idarə olunmaması ətraf mühit, insan sağlamlığı və təhlükəsizlik baxımından qlobal çağırışa çevrilib. Bu səbəbdən belə maddələrin ixracı və idxalı zamanı risklərin qiymətləndirilməsi və məlumatlı qərarların qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır”, - deyə o diqqətə çatdırıb.

Aysel Rzayeva qeyd edib ki, Konvensiyanın əsas mexanizmi olan “Əvvəlcədən məlumatlı razılıq proseduru” çərçivəsində üzv ölkələr təhlükəli kimyəvi maddələr barədə dolğun məlumat mübadiləsi aparır. Bu isə ixrac və idxal əməliyyatları zamanı aidiyyəti icra orqanlarının hər bir maddə üzrə riskləri nəzərə alaraq öncədən qərar qəbul etməsinə imkan verir: “Bu baxımdan “Rotterdam Konvensiyası”nın Azərbaycana münasibətdə qüvvəyə minməsi ölkəmizin kimyəvi maddələrin və pestisidlərin təhlükəsiz idarə olunması sahəsində beynəlxalq səylərə qoşulmasının mühüm mərhələsidir. Qeyd edim ki, Konvensiya kimyəvi maddəni qadağan etmək və ya ciddi şəkildə məhdudlaşdırmaq üçün hər hansı tənzimləyici tələblər və ya öhdəlik qoymur, məlumat mübadiləsinin şəffaf aparılmasına xidmət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Konvensiyadan irəli gələn fəaliyyətlərin icrası çərçivəsində müvafiq nəzarət, monitorinq və məlumat mübadiləsinin təşkilini təmin edərək aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı işi həyata keçirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
1
azertag.az

2Mənbələr