AZ

Xalq şairi: İlk təbriki ondan aldım, qəribsəmişdim... Foto

ain.az bildirir, Axar.az portalına istinadən.

Bu gün xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam olur.

Kult.az xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bu münasibətlə xalq şairini evində ziyarət edib.

"Dəyərli xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Böyük söz ustadına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin ruhu daim sözünüzə işıq olsun. Doğum gününüz mübarək!" - A.Ələkbərov sosial şəbəkə hesabında qeyd edib.

Xalq şairi Teleqraf-a açıqlamasında ilk təbrikini Anar Ələkbərovdan aldığını bildirib.

“Dünənə qədər özümü yaxşı hiss etmirdim. İndi isə yaxşıyam, sanki bir az dirilmişəm. İlk təbriki Prezidentin köməkçisi Anar Ələkbərovdan aldım. Doğum günlərimdən qəribsəmişdim”.

Nəriman Həsənzadə səhhətindən də danışıb:

“Səhhətim yaxşılaşıb. Dostlar, tanışlar zəng edir, bu da mənə ruh verir. İndi şeir yazıram”.

Qeyd edək ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
85
axar.az

1Mənbələr