AZ

Con Fyuri oğluna xəbərdarlıq etdi: "Rinqə qayıtma!"

Keçmiş boksçu Con Fyuri oğlu Taysonun rinqə qayıtmasına qarşı çıxıb. 

Fanat.Az xəbər verir ki, o, oğluna zəif hazırlıq və kənar təsirlərdən asılılığa görə dünya çempionu imicinə zərər verə biləcəyi barədə ona xəbərdarlıq edib. 

"Daily Mail" qəzeti ata-Fyurinin fikirlərini belə çatdırıb:

"Onunla rabitəni kəsmişik. Bununla belə, Taysonun təqaüddən qayıtmaq qərarını dəstəkləmirəm. Karyerasında lazım olan hər şeyə nail olub. İkiqat dünya çempionu olmaqla yanaşı, çoxlu pul qazanıb. Sübut edəcək bir şeyi yoxdur. Bunun nə ilə bağlı olduğunu bilmirəm, amma fikrindən daşınmalıdır. Son dörd ildir ki, bunu deyirəm, amma faydası yoxdur. Tayson bir neçə il əvvəl özünə nəzarəti itirdi. Bu adam "Qaraçı kralı", əsl döyüşçüdür. Amma mən olmasaydım, o, sağ qalmazdı. Ətrafındakı insanlar ona gəlir mənbəyi kimi baxır". 
 

Seçilən
39
1
fanat.az

2Mənbələr