AZ

"İranı hədəf alan yeni bir müharibə heç kimə fayda verməyəcək" - Ərdoğan

“İran və ABŞ arasındakı problemlərin dialoq yolu ilə həll olunmasını istəyirik”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Hər iki ölkə ilə ən yüksək səviyyədə əlaqə saxlayırıq. Bu yaxınlarda İran və ABŞ Prezidentləri ilə görüşdüm. Bu görüşlərdə necə irəliləyə biləcəyimizi müzakirə etdik. Biz körpülər quran və sülh üçün zəmin hazırlayan bir ölkəyik, divarlar tikən və münaqişələri qızışdıran bir ölkə deyilik”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan qeyd edib ki, İranı hədəf alan yeni bir müharibə heç kimə fayda verməyəcək:

“Əksinə, bölgəmiz uduzacaq. Biz sülhün tərəfində olmağa və məsələyə müsbət istəklərlə yanaşmağa davam edirik. Türkiyə olaraq bütün həmkarlarımıza İrana hərbi müdaxilənin əleyhinə olduğumuzu çatdırmışıq. Belə bir hərbi eskalasiyanın və artan gərginliyin bölgəmizi daha da qeyri-müəyyənliyə sürükləyəcəyini izah etməyə davam edəcəyik. Diplomatiya qapısı açıq qaldığı müddətcə ümid var. Bu ümidi qoruyub gücləndirəcəyik”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
31
1
missiya.az

2Mənbələr