AZ

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

Bu deyimlərin – işıqlı misraların izinə düşürəm. Möcüzə kimi “işığın ayaq səsləri”nin hamısını birdən eşidirəm (görürəm); zikrin, sevginin,duanın, baharın, qışın,köçüb xatirəyə çevrilmişin, qalıb ruhun töhfəsini almışın, hər şeyin, hər yerin –sağın, solun, içilən andın edilən tövbənin, bəndəlikdən mələkliyə çevrilməyin... və həzin, hənir bir etirafın özünü, sözünü görürəm, eşidirəm:

Kimdir arxamca ağlayır,
Ağısı içim dağlayır,

Yol uzaq, köçüm çox ağır

Yorğunam, yorğunam, Allah...


Yolların insanlara təkcə ayrılıqlar, vüsal dolu anlara vəsilə olmasını demir ki. Yollar həyatımızın müxtəlif anlarında müxtəlif görüntülərdə vasil olur.

Göyə yetən yolmu, səsmi?

Yollar zər dualı, süslü
Eşq ilk dərsim, son dərsimmi?

nagümanlığından sonra qəribə, qəribə olduğu qədər də amiranəbir əminlik:

Can əriyib, yola dönür,

ruhum yollara bürünür. - deyir, Tanrının öz əliylə onun (müəllifin) işıqlı yplunu görürük, lakin,

Daş olan çiçək adamlar,

əfsanə, gerçək adamlar – da bu “İşığın ayaq səsləri”nə tərəf çevrilir,

Bu gecəm, bu da gündüzüm,

həqiqət ömür dözümüm, - deyiminin, ifadəsinin, təqdiminin doğruluğuna inanır.

Yollar ayrılıqdır...

İstər gediş olsun, istər qayıdış,

Ayrılıq daşıyır bütün limanlar...

Yollardan acizanə xahişlər, göndəriən ismarıclar, təəssüf, təəccüb, inciklik;

Bu necə gedişdi, şəhər boşaldı

yola kəmənd atıb necə döndərək?...

Kim var gəlişində sevinci ölçən
kim var gedişində təskinlik verən?

Yolun qulağına dedim: - gedəni

bir gün mənsizliyə öyrətməlisən...

Vicdanın bitməyən ağrı cəzası

Azdan,
çoxdan fərqli,
daha tutumlu,
həcmli
“Ən”lə ölçülən
çox şeylər var dünyada...

Həyatımızın xoş, naxoş anlarının ifadəsinə kolorit qatan, hökmlə inandırmaq - doğrudurmu, yalandırmı düşüncəsindən bizi uzaq qoyan bu ifadənin təsir dairəsi yetərincədir:

Məsələn,
ƏN böyük ağrı
doğmaların,
dostların itkisindən
açılan yaranın ağrısıdır...

yarpaqları...

Bu, illər uzunu, zaman-zaman, yurd-yurd, oba-oba, Vətənin bir tərəfindən digər tərəfinə qovulan, didərgin salınan, işgəncələrə məruz qalan, Vətənin özündən böyük, özündən ağır dərdini içində yaşayadan, vətənsizləşən insanımızın ağrısını yumruq boyda ürəyə sığdırmaq bacarığı, fədəkarlığı, vətəndaş mövqeyi, şair düşüncəsi ilə ana harayıdır... Taleyin adına bağlama, alın yazısıdır - demə, bu yarpaqların acısını yaşayacaq ağacların ana fəryadını eşit:


Dəlilik edən, ətrafı saran, bizləri bizsizliyə, yurdsuzluğa çəkib aparan küləyin dəliqanlı yox, dəli canlı olmasını daha necə ifadə etsin ki?

“İşığın ayaq səsləri”ndə həzin, xəfif səslə şairənin özünün özü ilə dərləşdiyi, hesabat verdiyi, özündən özünə gileyləndiyi də “eşidilməkdədir”, görünməkdərir:

Sona xanımın yaradıcılığı ilə bağlı bir yazı yazmışdım. Ölkəmizdə çox tanınan, oxunan bir qəzetin redaktoruna yaxınlaşdım, xahiş etdim ki, bəyənsə dərc etsin. Təəccüblə üzümə baxdı, “Sona xanımın vaxtıdır, gərək əvvəllər yazaydın” - dedi. Kimliyini yazmıram, yazmaram, kimsəyə demərəm də. Desəm,Balabəylilərə yaraşmayan bir iş tutmuş olaram. Amma bu yazını oxusa özü biləcək, yadına salacaq.

Haqqı itkilərdə əriyən ömrün

Sükutda göyərən səbri də haqqdır

misraları, ardınca bir qədər əvvəl dediyim, ötənlərə ötəri dönüş, ötəri baxış, giley, təəssüf (Təəssüfə inanmıram, şairəni davamlı olaraq oxuduqdan sonra, bir ürəyə iki fərqli hissi yerləşdirməyin mümkünsüzlüyünə əmin oldum), haqqında bəhs etdiyim “Düşüncələrim” şeirinin son bəndində ifadə olunan ALİLİK və İŞIQ, hansı ki, bu yazı boyu ayaq səslərini eşidirik:

Mən bahar fəslini çox sevirəm, sizin şeirlərinizdə bahar nəfəsi duyulur, xanım əfəndimiz...

Seçilən
49
2
kulis.az

3Mənbələr