AZ

“Qarabağ Nyukasl” ı məğlub edə biləcəkmi? Ciddi itkiləri var

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasında “Qarabağ” öz meydanında İngiltərənin “Nyukasl” klubunu qəbul edəcək. Qarşılaşmanın qonaq komanda üçün çətin keçəcəyi gözlənilir.

Belə ki, “Nyukasl” klubu Bakıya ciddi itkilərlə gəlib. Komandanın kapitanı və əsas fiqurlarından biri olan Bruno Gimareyş zədə səbəbindən heyətdə yoxdur. O, Premyer Liqanın 26-cı turunda “Tottenhem”lə oyunda bud nahiyəsindən ağır xəsarət alıb. Baş məşqçi Eddi Hau kapitanın təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Digər əsas oyunçu Joelinton da zədəlidir. Onun vəziyyəti ilə bağlı dəqiq məlumat verilməyib və bu gün meydana çıxıb-çıxmayacağı oyun saatında bəlli olacaq. Baxmayaraq ki, komanda ilə məşqlərə qoşulub, tam hazır olmadığı bildirilir.

Lyuis Mayli də zədədən sonra heyətə qayıdıb və məşqlərdə iştirak edir. Lakin onun fiziki durumunun nə dərəcədə uyğun olduğu sual altındadır və start heyətdə yer alıb-almayacağı axşam məlum olacaq.

Bundan başqa, Emil Kraft, Fabian Şer, Valentino Livramento, Yoan Vissa və Sven Botman da müxtəlif zədələrdən əziyyət çəkir. Bu itkilər səbəbindən baş məşqçi Eddi Hau İngiltərə Premyer Liqasında da heyət qurmaqda çətinlik yaşayır.

Məlumata görə, “Nyukasl”ın “Qarabağ”a qarşı rotasiyalı heyətlə çıxış etməsi mümkündür. Çünki komanda Bakıya səfərdən sonra “Mançester Siti” ilə ağır çempionat oyununa çıxacaq. Fevralın 22-də keçiriləcək həmin qarşılaşma öncəsi Hau bəzi əsas oyunçulara istirahət verməyi düşünə bilər.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
azpolitika.info

1Mənbələr