“Qalibiyyət çətindir, amma bərabərlik bizim üçün pis nəticə olmaz”.
Bu sözləri Apasport.az saytına açqlamasında “Qarabağ” və Azərbaycan milli komandasının sabiq üzvü Rauf Əliyev deyib.
Veteran futbolçu Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl”la keçiriləcək matçı dəyərləndirib:
“Qarabağ” hər zaman bütün futbol ictimaiyyətini öz çıxışı ilə təəccübləndirib. Qurban müəllimin ötən gün mətbuat konfransında səsləndirdiyi fikirlər doğru idi. Komanda olaraq 3 gündən bir matça çıxmaq çox çətindir. Sonuncu oyunun Quba şəhər stadionunda keçirilməsi təmsilçimizin işini daha da çətinləşdirdi. Oyunçulara böyük yük düşmüşdü. Amma yenə də “Qarabağ”a inamımız böyükdü. Ümumiyyətlə ingilis klubları ilə oynamaq çox çətindir. Daha sürətli, dinamik oyun sərgiləyirlər. Fikrimcə, ilk dəqiqələrdə bu intensivliyi rəqib tərəfdən hiss edəcəyik. Qapımızda erkən qol görməsək, oyunun gedişatı bizim üçün uğurlu ola bilər”.
Qeyd edək ki, “Qarabağ” - “Nyukasl” matçı saat 21:45-də Tofiq Bəhrəmov adına Respublika stadionunda start götürəcək.
“Baku Sporting” Premyer Liqa bileti üçün mübarizədə - YENİLƏNİR
“Neftçi”dən darmadağın, “Turan” - “Şamaxı” matçında 10 qol
Eddi Hou: “Uğurlu çıxışımızı davam etdirmək istəyirik”
Premyer Liqada həftənin RƏMZİ heyəti
Millimizin rəqibləri BƏLLİ OLDU