AZ

Yaponiyanın Baş naziri bəlli oldu

Yaponiyanın Baş naziri Sanae Takaichi Liberal Demokrat Partiyasının 8 fevral tarixində keçirilmiş növbədənkənar ümumi seçkilərdə qazandığı tarixi qələbədən sonra bu gün parlamentdə baş tutan xüsusi iclasda yenidən baş nazir seçilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 8 fevralda keçirilən növbədənkənar parlament seçkilərindən sonra ölkədə hökumət başçısının kim olacağı məsələsinə aydınlıq gətirilib. Baş nazirin müəyyənləşdirilməsi məqsədilə Yaponiya Milli Məclisində xüsusi iclas çağırılıb.

Səsvermə parlamentin aşağı palatası olan Nümayəndələr Palatası və yuxarı palatası olan Müşavirlər Palatasında keçirilib. Nəticədə Sanae Takaichi yenidən baş nazir vəzifəsinə seçilib.

Seçilən
17
manset.az

1Mənbələr