AZ

Zelenski Vaşinqtonu Kiyevə təzyiq etməkdə ittiham etdi: “Bu, ədalətsizdir”

Zelenski ABŞ-ı Cenevrə danışıqları zamanı Kiyevə təzyiq göstərməkdə günahlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” nəşri məlumat yayıb.

Cenevrədə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci günü start götürüb. Görüşlərin bərpası barədə məlumatı həm Rusiya agentlikləri, həm də Ukrayna nümayəndə heyəti təsdiqləyib.

Danışıqların gedişatı fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun mövqeyini kəskin tənqid edib. O, ABŞ Prezidenti Donald Trampın ilk növbədə Rusiyadan deyil, məhz Ukraynadan güzəştlər tələb etməsini “ədalətsiz” hesab etdiyini bildirib. Ukrayna lideri ümidvar olduğunu qeyd edib ki, bu, “yekun qərar deyil, sadəcə bir taktikadır”.

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna xalqı referendum vasitəsilə Rusiyanın hərbi yolla ələ keçirə bilmədiyi Donbas ərazilərindən imtina nəzərdə tutan istənilən planı rədd edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr