AZ

Aİ komissarı Marta Kos Azərbaycana səfər etməyi planlaşdırır

Bakı. Trend:

Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos bu ilAzərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Avropa Komissiyasındanməlumat verilib.

"Komissar Kos son vaxtlarda əvvəlcə Davosda, sonra isə MünxenTəhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlhamƏliyev ilə görüşdü. Biz təsdiq edirik ki, komissar bu il həmAzərbaycana, həm də Ermənistana səfər etməyi planlaşdırır. Busəfərlər təsdiqləndikdən sonra, komissarın təqvimində onlar barədəməlumat yayımlanacaq", - deyə Avropa Komissiyasındanbildirilib.

Qeyd edək ki, Ermənistan KİV-də Marta Kosun bu ilin may ayındaErmənistanda keçiriləcək I Ermənistan-Aİ sammitində iştirak edəcəyibarədə məlumatlar yayılıb.

Xatırladaq ki, Marta Kos 2025-ci il sentyabrın 18-də Azərbaycanasəfər edib.

Səfər çərçivəsində komissar Azərbaycan hakimiyyəti ilə ümumistrateji maraqları, o cümlədən energetika, nəqliyyat və humanitarminatəmizləmə məsələlərini müzakirə edib. Səfər zamanı AvropaKomissiyasının nümayəndəsi Azərbaycan Respublikası Prezidenti İlhamƏliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziriMikayıl Cabbarov ilə görüşlər keçirib.

Komissar, həmçinin Ağdamı ziyarət edib və burada minalarıntəmizlənməsi işlərində iştirak edən nümayəndələrlə görüşüb.

Məqalədə:
Seçilən
54
5
az.trend.az

6Mənbələr