AZ

Çempionlar Liqasında qalmaqal: Mbappe və Mourinyo Vinisiusu müdafiə etdi

Dünən gecə BenficaReal Madrid komandaları arasında keçirilən Çempionlar Liqası matçında qalmaqal yaşanıb. Məlumata görə, Real Madrid-in futbolçusu Vinícius Júnior oyunda irqçi ifadələrlə təhqir edilib.

Kylian Mbappe matç zamanı bildirib ki, “Benfika”nın 25 nömrəli oyunçusu Vinisini beş dəfə “meymun” adlandırıb. Mbappe vurğulayıb:
“Onun adını belə çəkmək istəmirəm, çünki buna layiq deyil. Bu gün futbolda bütün dəyərlər itib.”

Hadisə ilə bağlı baş məşqçi José Mourinyo da açıqlama verib. O, həm Vinícius Júnior, həm də Gianluca Prestianni ilə danışdığını qeyd edib:
“İkisi ilə də danışdım; Vinisius mənə bir söz dedi, Prestiani isə başqa bir şey. Heç birinə qarşı qərəzli olmaq istəmirəm. Amma qarşı tərəfə qarşı qərəzli davranaraq yalnız Vinisiusa inanmaq da olmaz.”

Mourinyo həmçinin Vinisiusun qol sevincinə diqqət çəkib:
“Vini niyə Alfredo Di Stefano, Pele və ya Eusebio kimi sevinmədi? Möhtəşəm qol vurursan və sonra… niyə? Belə hallar həmişə onunla baş verir. Mənim başa düşmədiyim məqam budur.”

Hazırda hadisə ilə bağlı rəsmi qurumların araşdırmaya başlaması barədə məlumat yoxdur.

Seçilən
9
veteninfo.az

1Mənbələr