AZ

“Bilik tələbələr üçün əlçatan olmalıdır” -

İlk növbədə qeyd etmək istərdim ki, təhsil bir millətin ən böyük sərvətidir. BP olaraq biz gələcək nəslin bilik əldə etməsinə dəstək göstərən bu möhtəşəm təhsil ocağına yardım və töhfə verməkdən qürur duyuruq.Bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bu gün Bakı Dövlət Universitetində rəqəmsal kitabxananın açılışından sonra Metbuat.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün bilik yaradarkən tələbələrlə bilik arasında mövcud olan bütün maneələri aradan qaldırmaq olduqca vacibdir:"Dil maneəyə çevrilə bilər, informasiyaya çıxış üsulları çətinlik yarada bilər. Ona görə də bu bilik sərvətinə çıxışı insanlar üçün mümkün qədər sadə və əlçatan etməliyik. Məhz bu məqsədlə əvvəlki illərdə beynəlxalq kitabların Azərbaycan dilinə tərcüməsinə dəstək vermişik və beləliklə, dil baryerini aradan qaldırmağa çalışmışıq.Düşünürəm ki, bu layihə növbəti mərhələdir. Artıq tələbələrin düzgün kitabı və lazımi materialı tapmaqda üzləşdikləri çətinlikləri aradan qaldırırıq. Rəqəmsal platforma yaradılmaqla tələbələr ehtiyac duyduqları məlumatlara asanlıqla çıxış əldə edə bilirlər.Bu məkanla bağlı məni ən çox təsirləndirən məqamlardan biri də insanların bir araya gələrək birlikdə işləməsi, birlikdə oxuması və fikir mübadiləsi aparmasıdır. Bu mühit tələbələrin toplaşaraq ideyalarını paylaşması üçün həqiqətən də möhtəşəmdir. Onlar kitabı rəqəmsal şəkildə tez tapıb oxuya, sonra isə dostları ilə müzakirə edə bilərlər: “Bu kitabdan bunu öyrəndim”, “Bu fikirlə razı deyiləm”, “Bu məqamla bağlı şərhim var””.Cio Kristofoli qeyd edib ki, bütün bunlar gənc nəslin intellektual inkişafını təşviq edən, bilik və bacarıq kapitalını formalaşdıran gözəl bir mühit yaradır. Bu isə qarşıdakı onilliklər ərzində Azərbaycan üçün həlledici əhəmiyyət daşıyacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
72
metbuat.az

1Mənbələr