AZ

Bakının bəzi ərazilərində işıq olmayacaq

Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bu barədə Manset.az-a  "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
37
49
manset.az

10Mənbələr