AZ

İndiyədək "Mərkəzi Azəri" platformasından 157 milyon ton neft hasil edilib

18 fevral 2005-ci ildə istismara verilən "Mərkəzi Azəri" platforması fəaliyyətinin 21-ci ilini qeyd edir.

Energetika Nazirliyinin məlumatına görə, ötən müddət ərzində platformadan ümumilikdə 157 milyon ton neft hasil edilib.

Qeyd edək ki, "Mərkəzi Azəri" Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun əsas hasilat platformalarından biridir. Bu platforma AÇG-nin məhsuldar platformalarından biri hesab olunur və neft hasilatı ilə yataqlar blokunun ümumi istehsalına əhəmiyyətli töhfə verir.

Seçilən
11
vergiler.az

1Mənbələr