AZ

Səbinə Selcan “Ərimi əlimdən alıb” iddiasına cavab verdi

“Ərimi əlimdən alıb” iddiası haqqında müğənni Səbinə Selcan ilk dəfə danışdı!

News365.az xəbər veri ki, müğənni bu söz-söhbətin ona qarşı qarayaxma olduğununu bildirib:

"Bu mövzuda danışdığım üçün əvvəlcədən hər kəsdən üzr istəyirəm. Mənim adım heç vaxt belə mövzularda hallanmayıb.Çətin günlərimdə yaxınlarıma, dostlarıma sığınmışam. İmkan verməmişəm ki, adıma ləkə düşsün. Lakin bu günlərdə mənə qarşı qarayaxma kampaniyası aparılır. Burdan o işlərə rəhbərlik edən şəxsə səslənirəm. Mənə yaxdığınız ləkə onsuzda mənə yapışmayacaq. Dönün bir də özünüzə baxın. Kim olduğunuzu bilirəm və sizə qarşı lazım olan hüquqi addımları atacam".

Səbinə Selcan onu da bildirib ki, efirlərə və bəzi müğənni dostlarına zəng edib Səbinə “Ərimi əlimdən alıb”  deyən qadın kimlərinsə oyunun qurbanıdır:

"Mən o qadına qarşı heçnə etməyəcəm. Ola bilər nələrsə yaşayıb. Həyatında müəyyən çətinliklər var. Əminəm ki, o qadını mənə qarşı yönləndirən insanlar var. Mənimlə üzbə-üz düşmənlik edə bilməyib o qadından istifadə edirlər. Bunu edənlər kimdir yaxşı bilirəm. Bu işlərin arxasında duranlar əməllərinə görə cavab verəcək. Vəkillərim artıq bu məsələni araşdırır".

Seçilən
9
news365.az

1Mənbələr