AZ

Rayonlarda 17-22 dərəcə isti olacaq - Bəzi yerlərə qar yağacaq...

Azərbaycanın rayon və şəhərlərində fevralın 19-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz hava gözlənilir. Lakin səhər saatlarından dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava və qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə əsasən yağmursuz hava gözlənilir. Lakin səhər saatlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntı və qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 9-14°, bəzi yerlərdə 18° isti olacaq.

Şərqi Zəngəzurda – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin səhər dağlıq ərazilərdə bəzi yerlərdə arabir yağıntı və qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15°, dağlıq ərazilərdə 6°-dək isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə yağıntılı hava gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə yağıntı intensiv ola bilər. Axşam saatlarında yağıntının tədricən kəsiləcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-20° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda bəzi yerlərdə arabir yağıntılı hava və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada əsasən yağmursuz hava gözlənilir. Lakin gecəyə doğru bəzi şərq rayonlarında yağıntılı hava ehtimalı var və ayrı-ayrı yerlərdə intensiv ola bilər. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı hava ehtimalı var. Arabir duman olacaq. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 10-12° isti, gündüz 14-17° isti olacaq.


Telegram kanalımız
Seçilən
43
49
yenisabah.az

10Mənbələr