AZ

Böyük Qayıdış proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib


Laçın rayonunun Zabux kənd və Cəbrayıl rayonunun M.Mehdizadə adına tam orta məktəblərinin şagirdləri üçün keçirilən görüşlər zamanı ətraf mühitin qorunmasının vacibliyi, təbii ehtiyatlardan səmərəli istifadə, tullantıların düzgün idarə olunması, biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib. Tədbirin sonunda şagirdlərlərlə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.
Ekologiya.az bildirir ki, görüşlərin keçirilməsində əsas məqsəd məktəblilərdə təbiətə qayğı, ekoloji məsuliyyət, ekoloji davranış vərdişlərini formalaşdırmaq, onları ətraf mühitin qorunmasına təşviq etməkdir.
Seçilən
54
2
ekologiya.az

3Mənbələr