AZ

“Suyun sahilində: Xəlil Paşanın yaşamı və sənəti” nümayiş etdiriləcək

Pera Muzeyi 5 mart – 23 avqust tarixlərində Türkiyədə modern rəssamlığın öncülərindən olan Xəlil Paşaya həsr edilən “Suyun sahilində: Xəlil Paşanın yaşamı və sənəti” adlı genişmiqyaslı sərgiyə ev sahibliyi edəcək.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, sərgidə rəssamın Osmanlıdan Cümhuriyyətə uzanan yaradıcılıq yolu portret, natürmort və peyzaj əsərləri, eləcə də arxiv sənədləri və nadir kolleksiya nümunələri ilə təqdim olunacaq.

Kuratoru Dr. Özlem İnay Erten olan ekspozisiya sənətkarın Parisdə aldığı təhsil, İstanbul və Misir dövrlərini də əhatə edərək onun Şərq ilə Qərb arasında qurduğu estetik körpünü ön plana çıxarır.

Qeyd edək ki, layihə Xəlil Paşanın Türkiyədə modern rəssamlıq ənənəsinin formalaşmasındakı rolunu bütöv tarixi kontekstdə nümayiş etdirir.

Seçilən
11
kulis.az

1Mənbələr