AZ

Bakıda cüdo texnikaları üzrə imtahan keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo texnikaları üzrə imtahan keçiriləcək.

SİA ACF-yə istinadən xəbər verir ki, imtahanda U-14 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə bilərlər.

Təsdiqlənmiş qrafikə əsasən, fevralın 19-20-də Bakı və Abşeron–Xızı regionları, 21-22-də isə yalnız digər region klubları sınaqdan keçəcəklər.

İmtahanda iştirak könüllüdür. Qaydalara əsasən, imtahan xalının hesablanması üçün idmançı yarışda və ya rəsmi çəkidə mütləq iştirak etməlidir. Rəsmi çəki limitini 5%-dən çox aşaraq kəsilən idmançının imtahan xalı nəzərə alınmayacaq.

Ümumi bal hesablanarkən yarış nəticəsinə görə verilən xalların 70%-i, imtahanda toplanan xalların isə 30%-i əsas götürüləcək.

Qeyd edək ki, imtahan fevralın 19-dan 22-dək Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Seçilən
71
9
sia.az

10Mənbələr