AZ

“Arsenal”ın ən yüksək ödənişli futbolçusu oldu

“Arsenal”ın cinah oyunçusu Bukayo Saka klubla yeni müqavilə imzalayıb.

Msport.az xəbər verir ki, 24 yaşlı futbolçunun yeni müqaviləsi 2031-ci ilə qədərdir.

Saka həftədə 300 min funt-sterlinqdən çox qazanacaq və bu da onu “Arsenal”ın ən çox maaş alan oyunçusu edəcək. Saka ilə müqavilənin uzadılması ilə bağlı danışıqların təxminən bir il davam etdiyi bildirilir. Yanvar ayında şifahi razılaşma əldə edilib.

Qeyd edək ki, Saka “Arsenal” akademiyasının yetirməsidir. Bu mövsüm Bukayo bütün yarışlarda 33 oyunda yeddi qol vurub və yeddi məhsuldar ötürmə edib.

Seçilən
9
2
msport.az

3Mənbələr