AZ

"Telegram"da yeni funksiya işə salındı

"Telegram"da yeni funksiya işə düşür.

Milli.Az xəbər verir ki, bu funksiya sayəsində şəxsi söhbətləri kopyalamaq imkanı olmayacaq.

Hazırda yalnız kanallar mesajların kopyalanmasını bloklaya bilər. Bu xüsusiyyət tezliklə şəxsi mesajlarda da mövcud olacaq. İstifadəçilər yalnız kontaktlarının mesajları kopyalamasını deyil, həm də şəxsi söhbətlərdən məzmunu saxlamasını və yönləndirməsini bloklaya biləcəklər.

Kopyalamadan qorunmanı aktivləşdirmək üçün kontaktın profilinə keçib, "Kontaktı redaktə et" - "Kopiyalamanı blokla" funksiyasını seçmək lazımdır. Bu xüsusiyyət hazırda "Telegram"ın iOS üçün beta versiyasında, 12.5 versiyasında (32413) mövcuddur.

Lakin hələlik funksiya tam işə salınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
5
olaylar.az

6Mənbələr