Türkiyənin ən böyük dövlət banklarından biri olan "Ziraat Bankası" 2025-ci ildə xalis mənfəətini 60% artıraraq 161,47 milyard Türkiyə Lirəsinə (TL) çatdırıb. 2024-cü ildə Bankın xalis mənfəəti 100,64 milyard TL səviyyəsində olmuşdu.
Marja.az Bankdan verilən məlumata istinadən xəbər verir ki, 2025-ci ildə "Ziraat Bankası"nın xalis faiz gəliri 326,72 milyard TL təşkil edib; bu, əvvəlki ilin eyni dövründə 165,63 milyard TL idi.
Xalis haqq və komissiya gəlirləri də artaraq 88,09 milyard TL-yə çatıb. 2024-cü ildə bu rəqəm 69,02 milyard TL olmuşdu.
Bundan əlavə, bankın kredit həcmi 2025-ci ilin sonunda 4,24 trilyon TL-ə yüksəlib. 2024-cü ilin sonunda kreditlər 2,87 trilyon TL səviyyəsində idi.
Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" ASC "Ziraat Bankası"nın törəmə bankıdır.