AZ

Nazirlik regionalarda şagirdlərin danışması üçün 4 milyon manata yaxın pul xərcləyəcək

Elm və Təhsil Nazirliyi bir neçə şirkətlə şagirdlərin məktəblərarası daşınması xidmətlərinin təmin edilməsi məqsədilə müqavilələr imzalayıb. Bu barədə məlumatı İqtisadiyyat.az yayıb.

Müqavilələr Abşeron-Xızı, Dağlıq Şirvan, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan regional təhsil idarələrinin əhatə etdiyi ərazilərdə şagirdlərin daşınmasını əhatə edir.

Nazirlik  Baku Rent Service ilə 1,1 milyon manat, Fast Vay ilə 800 min manat, Logistics and Transport Services ilə isə 1,9 milyon manat dəyərində müqavilə bağlayıb.

Müqavilələr çərçivəsində xidmətlərin bölgələrdə şagirdlərin təhlükəsiz və vaxtında daşınmasını təmin etməsi nəzərdə tutulur.

Seçilən
52
1
anews.az

3Mənbələr