AZ

Meyxanaçı Ağamirzə diqqəti belə çəkdi

Yazını böyüt
Yazını kiçilt

Meyxanaçı Ağamirzə açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Hafta.az xəbər verir ki, söz ustası sənət aləmindəki münasibətlərdən danışaraq maraqlı etiraflar edib.

O, bildirib ki, müğənnilərin əksəriyyəti dəvət aldıqları məclislərə qatılır, lakin özü kimisə çağıranda fərqli münasibətlə qarşılaşır:

"Müğənnilərin 80 faizi məclisinə çağırır, gedib iştirak edirsən. Amma sən çağıranda deyirlər ki, həmin tarixdə rayondayam".

Ağamirzə bununla bağlı ironik fikir də səsləndirib:

"Olsun, rayondasansa, pulunu göndər əsas. Nə edim səni, paketini göndər?".

Meyxanaçı vurğulayıb ki, özü hər zaman dəvət olunduğu məclislərə qatılıb və münasibətlərdə səmimiyyət tərəfdarıdır.

Seçilən
24
hafta.az

1Mənbələr