AZ

Hillari Klinton ilk dəfə Epşteynlə bağlı iddialara münasibət bildirdi

“Mən heç vaxt Ceffri Epşteyn ilə görüşməmişəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi və sabiq Prezident Bill Klintonun həyat yoldaşı Hillari Klinton “CBS News”a müsahibəsində deyib.

H.Klinton qeyd edib ki, bəzi iddialarda onun Epşteynlə bir qarşılama mərasimində əl sıxdığı deyilsə də, bunu xatırlamır və onunla şəxsi tanışlığının olmayıb.

Keçmiş dövlət katibi bəzi tərəflərin məsələ ilə bağlı gizlətməyə çalışdığı məqamların ola biləcəyini də istisna etməyib.

“Onların gizlətməyə çalışdığı nəsə var. Bunun nə olduğunu bilmirəm. Bizim gizlədəcək heç nəyimiz yoxdur. Açıq şəkildə ifadə verməyə hazır olduğumuzu demişik”, - H.Klinton bildirib.

O, həmçinin həyat yoldaşı, ABŞ-nin keçmiş prezidenti Bill Klinton ilə Epşteyn arasında olan əlaqələrə də aydınlıq gətirib. Sabiq dövlət katibinin sözlərinə görə, Bill Klinton Epşteynlə yalnız xeyriyyə fəaliyyəti çərçivəsində əlaqə saxlayıb.

Klinton deyib ki, Epşteyn Bill Klintonun HİV/QİÇS və digər mühüm sosial problemlərlə bağlı həyata keçirdiyi layihələri ziyarət etmək üçün təyyarə təmin edib.

Hillari Klinton söyləyib ki, özü Epşteynlə heç vaxt görüşməyib və onunla bağlı heç bir şəxsi əlaqəsi olmayıb.


Telegram kanalımız
Seçilən
31
yenisabah.az

1Mənbələr