AZ

ANAMA əməkdaşı Xocalıda minaya düşdü...



Fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib: "Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur".

ZÜMRÜD

Seçilən
91
49
baki-xeber.com

10Mənbələr