AZ

İki gün əvvəl itkin düşən kişinin meyiti kanalda tapıldı

Ucar rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Vahid Məmmədov iki gün əvvəl itkin düşüb. Yaxınlarının axtarışları nəticəsində V.Məmmədovun meyiti fevralın 17-də axşam saatlarında kənd ərazisindən keçən su kanalında aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
106
4
buta.tv

5Mənbələr