AZ

"BDU-nun kitabxanaları mərhələli şəkildə rəqəmsal formata keçiriləcək"

"Bakı Dövlət Universitetinin (BDU) strateji inkişaf planında təhsilverənlər və təhsilalanlar üçün müasir tələblərə cavab verən mühitin yaradılması əsas prioritetlərdən biridir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də universitetdə rəqəmsal kitabxananın istifadəyə verilməsidir".Bunu Bakı Dövlət Universiteti-nin rektoru Elçin Babayev universitetdə rəqəmsal kitabxananın açılışından sonra Metbuat.az-a açıqlamasında bildirib. Rektorun sözlərinə görə, universitet - sənaye - biznes əməkdaşlığı çərçivəsində bp Azərbaycan şirkətinin dəstəyi ilə kitabxana tamamilə yenidən qurulub və müasir standartlara uyğun elektron bölmə yaradılıb:“Göründüyü kimi, klassik kitabxana ənənələri qorunub saxlanılmaqla yanaşı, rəqəmsallaşma elementləri kitabxananın fəaliyyətinə ciddi şəkildə inteqrasiya olunub. Planlaşdırırıq ki, bu bölmə 24 saat fəaliyyət göstərsin. Buradan həm Bakı Dövlət Universitetinin elektron kitabxana bazasına, həm də nüfuzlu EBSCO bazasına çıxış mümkündür. Eyni zamanda, Elsevier tərəfindən yaradılan imkanlar sayəsində tələbələr və professor-müəllim heyəti üçün geniş elmi resurslara çıxış təmin olunub”.Elçin Babayev vurğulayıb ki, ölkədə rəqəmsallaşma prosesinin geniş vüsət alması fonunda BDU-nun bütün kitabxanalarının bu model əsasında yenilənməsi yaxın müddətdə həyata keçiriləcək:“Rəqəmsallaşmanın yalnız kitabxana ilə məhdudlaşmaması, bütövlükdə universitetin fəaliyyətinə tətbiq edilməsi artıq öz müsbət nəticələrini verir. Əminik ki, gələcəkdə bu yanaşmanın faydalarını daha aydın şəkildə hiss edəcəyik”.Sevinc İbrahimzadə / Metbuat.az


Seçilən
78
1
metbuat.az

2Mənbələr