AZ

Ekspert: Yüksək qəbul balı buraxılış zəifdirsə kifayət etməyə bilər

"Buraxılış imtahanı nəticələrinin ali məktəbə qəbul balına təsirinə gəldikdə isə, bu təsir artıq çox ciddi və həlledici səviyyədədir. Mövcud sistemdə buraxılış imtahanı sadəcə məktəbi bitirmə göstəricisi deyil, eyni zamanda qəbul balının formalaşmasında əsas komponentlərdən biridir. Buraxılış imtahanında toplanan bal abituriyentin ümumi nəticəsinə birbaşa əlavə olunur və qəbul imtahanı ilə birlikdə yekun balı formalaşdırır. Bu o deməkdir ki, buraxılış imtahanında zəif nəticə göstərən abituriyent qəbul mərhələsində çox yüksək bal toplasa belə, yekun rəqabətdə geridə qala bilər. Əksinə, buraxılış imtahanında yüksək nəticə göstərən abituriyent qəbul imtahanına daha rahat və üstün mövqedə başlayır".

Bu fikirləri təhsil eksperti Əmrah Həsənli QHT.az-a bildirib ki, bu sistemin əsas məqsədi odur ki, şagirdin məktəb səviyyəsindəki bilikləri real şəkildə qiymətləndirilsin və yalnız bir imtahan gününün nəticəsi ilə taleyi müəyyən olunmasın. Bu baxımdan abituriyentlərə verilən ən vacib mesaj budur: buraxılış imtahanı artıq qəbul prosesinin “əlavə mərhələsi” deyil, qəbulun ən əsas pillələrindən biridir:

"Ona görə də şagirdlər buraxılış imtahanına ciddi yanaşmalı, hazırlıq prosesini daha erkən mərhələdən planlaşdırmalı və hər iki imtahanın nəticəsini bir-birini tamamlayan strateji hissələr kimi görməlidirlər. Bu yanaşma həm uğur şansını artırır, həm də qəbul prosesində daha stabil nəticə əldə etməyə imkan yaradır".

 

Pərvanə Fərhadqızı

Seçilən
59
qht.az

1Mənbələr