Rusiya NATO-dan şərqə doğru genişlənməmə bəndini hüquqi şəkildə təsdiqləməsini tələb edəcək.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Belçikadakı səfirliyi “İzvestiya” qəzetinə bildirib.
“Rusiya Federasiyası müvafiq razılaşmaların kağız üzərində rəsmiləşdirilməsində, o cümlədən Buxarest Zirvə görüşünün qərarlarının ləğvində israr edəcək, çünki keçmişdə NATO üzvlərinin özləri tərəfindən genişlənməmə ilə bağlı verilən bütün şifahi vədlər unudulmuş və əlverişli anda qulaqardına vurulmuşdu”, - səfirlikdən bildirilib.
Bəxtiyar CƏFƏRLİ