AZ

Rusiya hüquqi şəkildə NATO-dan genişlənmə planından imtina etməsini tələb edəcək

Rusiya NATO-dan şərqə doğru genişlənməmə bəndini hüquqi şəkildə təsdiqləməsini tələb edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Belçikadakı səfirliyi “İzvestiya” qəzetinə bildirib.

“Rusiya Federasiyası müvafiq razılaşmaların kağız üzərində rəsmiləşdirilməsində, o cümlədən Buxarest Zirvə görüşünün qərarlarının ləğvində israr edəcək, çünki keçmişdə NATO üzvlərinin özləri tərəfindən genişlənməmə ilə bağlı verilən bütün şifahi vədlər unudulmuş və əlverişli anda qulaqardına vurulmuşdu”, - səfirlikdən bildirilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
58
herbiand.az

1Mənbələr