AZ

Əməliyyatdan əvvəl bu siyahıya baxın Daha 3 cərrahın adı əlavə olundu

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Səhiyyə Nazirliyi ölkə ərazisində plastik cərrahiyyə ilə məşğul olmaq hüququ olan həkimlərin siyahısını yeniləyib. Nazirliyin rəsmi saytında yer alan məlumata görə, fəaliyyətinə icazə verilən mütəxəssislərin sırasına daha üç nəfərin adı əlavə edilib. Yeni qərara əsasən, siyahıda Rauf Əşrəfov, Aytac Ağayeva və Nərmin Babazadənin adları yer alıb.Demokrat.az xəbər verir ki, bununla da rəsmi icazəsi olan plastik cərrahların ümumi sayı 45-ə çatıb.Xatırladaq ki, ötən ildən etibarən bu sahədə fəaliyyət göstərən həkimlərin peşə sənədlərinin qanuniliyi ciddi şəkildə yoxlanılır. Bu məqsədlə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Komissiya tərəfindən sənədlərinin əsaslılığı təsdiq edilən həkimlərin siyahısı mütəmadi olaraq ictimaiyyətə təqdim olunur. Bu addım plastik cərrahiyyə sahəsində qeyri-peşəkar fəaliyyətin qarşısını almaq məqsədi daşıyır.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
demokrat.az

1Mənbələr