AZ

AZAL ın Yaponiya aviaşirkətlərilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan və Yaponiya arasında birbaşa reyslərin həyata keçirilməsi və yapon aviaşirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.Demokrat.az xəbər verir ki, müzakirələr "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Prezidenti Samir Rzayevin Yaponiyanın Azərbaycandakı Katsuya Vatanabe ilə görüşündə baş tutub.Onun sözlərinə görə, görüşdə həmçinin AZAL-ın uçuş coğrafiyasının genişləndirilməsini hədəfləyən strategiyası və Bakının tranzit mərkəz kimi inkişaf potensialı nəzərdən keçirib. "Məhsuldar görüşümüzün davamında Azərbaycanın turizm potensialı barəsində fikir mübadiləsi apardıq. Hesab edirəm ki, görüş iki ölkə arasında turizm və aviasiya sahəsində yeni tərəfdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından çox səmərəli oldu", - deyə S.Rzayev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
demokrat.az

1Mənbələr