AZ

Mbappe "Real"ın oyunundakı qalmaqaldan danışdı: Düz 5 dəfə "meymun" dedi

"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının pley-off mərhələsində "Benfika ilə keçirilən oyunda (1:0) baş verən qalmaqalla bağlı danışıb.

Publika.az xəbər verir ki, matç zamanı Madrid təmsilçisinin braziliyalı hücumçusu Vinisius Junior ilə "qartallar"ın vingeri Canluka Prestiani arasında mübahisə yaranıb. "Real"ın futbolçuları argentinalının Vinisiusu irqi zəmində təhqir etdiyini bildiriblər.

Fransalı ulduzun sözlərinə görə, o, hadisəni şəxsən görüb:

"Prestiani Vinnini beş dəfə "meymun" adlandırdı. Mən bunu çox yaxşı gördüm. O, heç kimin görməməsi üçün ağzını əli ilə örtmüşdü, amma reaksiyasından, üz ifadəsindən və davranışından hər şey aydın idi. Üz yalan danışmır".

Fransalı hücumçu həmçinin bildirib ki, "Benfika" böyük klubdur və onun bu komandaya qarşı heç bir narazılığı yoxdur, lakin Prestianinin davranışı qəbuledilməzdir:

Seçilən
91
publika.az

1Mənbələr