“Real” klubunun hücumçusu Kilian Mbappe Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Benfika” üzərində 1:0 hesablı qələbədən sonra qalmaqallı açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, fransalı forvard bildirib ki, Lissabon təmsilçisinin vingeri Canluka Prestianni komanda yoldaşı Vinisius Junioru təhqir edib:
“Prestianni Vinisiusu beş dəfə meymun adlandırdı – beş dəfə! Mən bunu özüm gördüm və eşitdim. O, heç kimin görməməsi və eşitməməsi üçün üzünü forması ilə bağladı. Amma matçdan sonrakı reaksiyasından, sifət ifadəsindən və davranışından hər şey aydın görünürdü. Onun sifəti yalan danışmır”.
Xatırladaq ki, qarşılaşmanın ikinci hissəsində oyun qısa müddətə dayandırılıb. Buna səbəb Vinisius Juniorun Canluka Prestiannini irqçilikdə ittiham etməsi olub.
Hazırda məsələ ilə bağlı rəsmi qurumların araşdırma aparacağı gözlənilir.