AZ

Nara “Fənərbağça”nın ulduzu ilə GÖRÜŞÜR - İddia - FOTOlar

"Qalatasaray"ın hücumçusu Mauro İkardi ilə evliliyi qısa müddət əvvəl başa çatan Vanda Nara yenidən dedi-qoduların mərkəzinə düşüb.

Milli.Az-ın xarici mediaya istinadən yaydığı məlumata görə, bu dəfə onun "Fənərbağça"nın futbolçularından biri ilə münasibətdə olduğu iddia edilir.

Söz-söhbətlər Naranın yaxın vaxtlarda münasibətdə olduğu şəxsin adını ictimaiyyətə açıqlayacağı barədə xəbərlərlə daha da güclənib.

Qeyd olunur ki, bu iddialar daha əvvəl İkardini reper Qante ilə aldatdığı və bunun evliliyin dağılmasına səbəb olduğu barədə yayılan xəbərlərdən sonra ortaya çıxıb.

Argentina mediasında yer alan məlumatlara əsasən, Naranın "Fənərbağça"nın bir oyunçusu ilə yaxın münasibətdə olduğu bildirilir. Sosial şəbəkələrdə də onun diqqətini Türkiyəyə yönəltdiyi barədə paylaşımlar geniş müzakirə olunur.

Hələlik nə Vanda Nara, nə də adı hallanan futbolçu məsələ ilə bağlı açıqlama verib.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
31
1
milli.az

2Mənbələr