AZ

Vatikan “Sülh Şurası”nda iştirak etməyəcək

Vatikan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nda iştirak etməyəcəyini açıqlayıb. 

Missiya.Az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-tacın dövlət katibi Pietro Parolin bildirib.

Pietro Parolin qeyd edib ki, Vatikan “Sülh Şurası”na qatılmayacaq, çünki onun xüsusi qaydaları var və bu işlə BMT məşğuldur.

“Sülh Şurası”nın ilk iclası 19 fevralda Vaşinqtonda keçiriləcək. Ora 58 ölkə dəvət alıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
87
missiya.az

1Mənbələr