AZ

Qonşu ölkədə maraqlı cərimə Mənzili təmizləyərkən səs salanlar cəzalanacaq

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada çoxmənzilli binaların sakinləri evdə olarkən belə cərimə ilə üzləşə bilərlər.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu cəza axşamlar səs-küylü təmizliyə aiddir.

"Rusiya Federasiyasının təsis qurumunun qanunvericiliyi ilə müəyyən edilmiş vətəndaş üçün inzibati cərimə 5000 rubldan (Təqribən 111 manat) çox ola bilməz. Vətəndaşların dincliyini və sakitliyini pozduğuna görə vahid inzibati cəza yoxdur".

Bildirilib ki, cərimələrin məbləği, eləcə də sükuta riayət edilməli olan müddətlər regional hökumətlər tərəfindən müəyyən edilir. Beləliklə, Kaluqa vilayətində səs-küy saat 23:00-dan 07:00-dək, Omsk vilayətində saat 22:00-dan 08:00-dək və 13:00-dan 14:00-dək, Altayda isə saat 22:00-dan 06:00-dək qadağandır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
baku.ws

2Mənbələr