AZ

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında vahid geosiyasi identliklik formalaşıb - Cavid Vəliyev

Bakı. Trend:

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında artıq vahidgeosiyasi identiklik formalaşıb və bu təbii bir prosesdir.

Trend xəbər verirki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarəheyətinin üzvü Cavid Vəliyev Bakıda keçirilən “C6: Vahid region,ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusundabeynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son on illik ərzində regionda və dünyadabaş verən proseslər müəyyən dərəcədə Mərkəzi Asiya və Azərbaycanarasında ümumi geosiyasi identikliyin formalaşmasını zəruriedib:

“Belə bir identiklik niyə formalaşıb və onu zəruri edən nədir?Bu, yalnız ortaq sovet keçmişi və oxşar tarixi təcrübə ilə bağlıdeyil. Qeyd etdiyim kimi, son 30 ildə regionda baş verən geosiyasihadisələr – iqtisadiyyat, nəqliyyat, ticarət, energetika vətəhlükəsizlik sahələrindəki proseslər – əməkdaşlığındərinləşdirilməsini zəruri edib”.

“Müstəqilliyin ilk illərində Mərkəzi Asiya ölkələri –Türkmənistan, Özbəkistan və Qazaxıstan – Azərbaycanın həyatakeçirdiyi enerji və nəqliyyat layihələrinə böyük maraqgöstərirdilər. 1999-cu ildə İstanbulda Bakı–Tbilisi–Ceyhan layihəsiüzrə razılaşmalar çərçivəsində Türkmənistan və Qazaxıstan daiştirak edirdi. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan neft boru kəməriistifadəyə verildikdən sonra Türkmənistan və Qazaxıstan neftiAzərbaycan vasitəsilə dünya bazarlarına ixrac olunmağa başladı”, –deyə o əlavə edib.

C.Vəliyev xatırladıb ki, Mərkəzi Asiya ölkələri dənizə çıxışıolmayan dövlətlərdir:

“Onların dünya bazarlarına çıxışı üçün əməkdaşlıq tələbolunurdu. Azərbaycan artıq bu çıxış üçün zəruri enerji və nəqliyyatinfrastrukturunu yaratmışdı. Regionun enerji və nəqliyyatdəhlizlərində maraqlı olan dünya gücləri bu dövlətlər arasındaəməkdaşlığın inkişafını dəstəkləyirdi. Mərkəzi Asiya – Azərbaycan –Türkiyə – Qərb bazarları marşrutu dəstəklənirdi. Bu, yenidövlətlərin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsibaxımından mühüm idi, eyni zamanda bu marşrut şimal və cənubistiqamətlərinə alternativ kimi nəzərdən keçirilirdi”.

Seçilən
32
az.trend.az

1Mənbələr